Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK daha 4 məntəqənin nəticələrini ləğv edib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 81 saylı Beyləqan Seçki Dairəsindən qeydə alınan namizəd Anar Məmmədov və digərlərinin müraciətinə baxılıb.

Bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü İlham Məmmədov məlumat verib. İ. Məmmədov bildirib ki, şikayətçilər səsvermə günü pozuntuların olduğunu əsas gətirərək həmin dairənin nəticələrinin ləğvini tələb edib: “Araşdırma zamanı şikayətçinin təqdim etdiyi 5 protokoldan yalnız 31 saylı məntəqəyə aid olan protokolda uyğunsuzluqlar var. Bu səbəbdən həmin məntəqənin nəticələri ləğv edilməlidir”.

MSK sədrinin müavini Rövzət Qasımov isə təklif edib ki, 1, 4 və 6 saylı məntəqədə də pozuntular baş verib, onlar da ləğv olunmalıdır.

MSK 81 saylı Beyləqan Seçki Dairəsinin 1, 4, 6, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərar qəbul edib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »