Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK 28 saylı Seçki Dairəsi ilə bağlı qərar verib

Mərkəzi Seçki Komissiyasının bu gün iclasında 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsindən qeydə alınan namizəd Aygün Süleymanlının (Muradxanlı) müraciətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, MSK üzvü İlham Məmmədov bildirib ki, müraciət ekspert qrupu tərəfindən araşdırılıb: “Araşdırma ilə əlaqədar müvafiq Dairə Seçki Komissiyasından alınan sənədlər də araşdırma materiallarına əlavə edib. İddiaçı öz müraciətində səsvermə günü Seçki Dairəsi üzrə bütün məntəqələrdə qanun pozuntularının olmasını və buna görə də səsvermənin nəticələrinin ləğvini istəyib. Araşdırma zamanı müraciətdə göstərilən hallar öz təsdiqini tapmayıb. Təklif edirəm ki, Aygün Süleymanlının müraciəti təmin edilməsin”.

MSK müraciəti müzakirəyə çıxarıb və A.Süleymanlının müraciəti təmin edilməyib.

Qeyd edək ki, MSK-nın elan etdiyi ilkin nəticələrə görə, 28 saylı Sabunçu Üçüncü Seçki Dairəsi  Eldar Quliyev (bitərəf) – 49.2 % səsə liderdir.

Son xəbərlər
Bütün xəbərlər »