Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türk ordusu Əsəd və tərəfdarlarına ağır zərbələr vurub - Əməliyyatlar davam edir

Xəbər verdiyimiz kimi, Türkiyə Silahlı Qüvvələri və Suriya müxalifləri (bundan sonra koalisiya) türklərə aid müşahidə məntəqələrinin gerisinə çəkilməkdə təkid edən Bəşər Əsədə sadiq qüvvələrə qarşı ötən gün hərbi əməliyyat başladıb.

Koalisiya qüvvələrinin hazırkı məqsədi M4 və M5 magistral yolunun kəsişdiyi Sərakib rayonunu rejimin işğalından xilas etmək və türk müşahidə məntəqələrinin təhlükəsizliyini təmin etməkdir.

Hərəkat çərçivəsində Hələbin şimal-qərbindəki Nubl Zəhradakı rejim və İran dəstəkli qruplaşmaların mövqeləri yaylım atəşləri ilə məhv edilib. Müxaliflər Əsədin anadan olduğu Qırdaha kəndinə 20 km məsafədəki Cəblədə yerləşən mövqeləri də hədəf alıb. Hərəkat İdlibə açılan qapı mövqeyindəki Neyraba doğru ötən gündən bəri istiqamətlənib. Maardəbsədə 6 top məhv edilib. Rejimə havada da gün işığı göstərilməyib. TSQ və müxaliflərin hərəkətlərini izləyən pilotsuz uçuş aparatları havada məhv edilib. Rejimin əlindəki 2 ədəd rus PUA-sı vurulub.

İlk hədəf

Müxalif qrupların qurduğu Suriya Milli Ordusu və Milli Qurtuluş Cəbhəsi komandanları ötən gün günorta saatlarında “işğal altındakı torpaqları xilas etmək məqsədilə İdlib ətrafında hərbi əməliyyat başladıldı” deyərək hərəkatın başlandığını elan edib. Rejim və İran dəstəkli qrupların Sərakibə gedən yolu kəsmək məqsədilə böyük ehtiyat qüvvələri yerləşdirdiyi Neyrabı təmizləmək üzrə həmin bölgəyə çox sayda hərbi qüvvə yerləşdirilib. TSQ-nin tank və top atışlarından sonra müxaliflər Sərakibin şimal-qərbindəki qəsəbəyə daxil olub. Şiddətli döyüşlərin yaşandığı qəsəbədə ən az 50 rejim əsgəri öldürülüb, 5 tank və 2 zirehli piyada döyüş maşını, 2 silahlı pikap və 1 top məhv edilib.

Ruslar qarşısını almağa çalışdı

Rejim ünsürləri əməliyyatın başlandığı ilk saatlarda böyük təşviş yaşayıb. Onların telefon danışıqlarında “komandir ağacların arxasına qaçdı. Biz indi nə edəcəyik?” sözləri eşidilib. Qəsəbədə axşam saatlarında şiddətli döyüşlər gedib. Neyrabın şərqində rejimə qarşı yeni cəbhə açılıb. Koalisiyanın irəliləyişinin qarşısını almaq üçün ruslar Neyrab cəbhə xətlərini döyüş təyyarələri ilə bombalayıb. Daha sonra rus əsgərlər Neyrab və Sərakibi tərk edərək cənuba çəkilib.

Yeni müşahidə məntəqələri

Müxaliflər rejim qüvvələrinə ağır zərbələr endirərkən TSQ-nin Kumeynas bölgəsindəki müşahidə məntəqəsinə hücum təşkil edilib. Nəticədə 2 türk döyüşçüsü həlak olub, 5-i yaralanıb. Bundan sonra türk ordusu İdlibin cənubunda daha 2 müşahidə məntəqəsi qurub. (publika.az)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
Son xəbərlər
Bütün xəbərlər »