Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Putin İdliblə bağlı dördtərəfli görüş təklifinə cavab verməyib”
Rəcəb Tayyib Ərdoğan

“Bu gün yerli vaxtla saat 18:00 radələrində Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım olacaq. Suriya hakimiyyəti İdlibdə mülki əhaliyə etdiyi zülmü dayandırmasa, biz ordan çəkilməyəcəyik”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkelin Vladimir Putinə dördtərəfli görüşün martın 5-də İstanbulda keçirilməsini təklif ediblər. Putin onlara hələlik cavab verməyib. Bu gün saat 18:00 radələrində Putinlə telefon danışığımız olacaq. Telefon danışığının nəticəsindən asılı olaraq hansı addımları atacağımız müəyyənləşəcək”, - deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, dünən Angela Merkellə Emmanuel Makronun Rusiya Prezidenti Valdimir Putinlə İdlib mövzusunda telefon danışığı olub. Merkel və Makron Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin dördtərəfli görüşünü təklif edib.(apa)

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »