Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK seçkilərlə bağlı müraciət və şikayətlərə baxır - İki məttəqənin nəticələri ləğv olundu

Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayıb.

İclasda fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı müraciət və şikayətlərə baxılır.

Bizimyol.info xəbər verir ki, iclasda 91 saylı Ucar Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan Məmmədov Əbil Abbas oğlu tərəfindən ünvanlanan müraciətə baxılıb.

Müraciət barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

O bildirib ki, şikayətçinin müraciəti araşdırılan zaman həmin dairənin 18 və 38-ci məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular var.

A.Muxtarova təklif edib ki, bu səbəbdən həmin məntəqələrin nəticələri ləğv edilməli və şikayət qismən təmin edilməlidir.

Təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bu dairənin lider namizədi Həsən Ramil Sahib oğludur.

Son xəbərlər
Bütün xəbərlər »