Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Valiko Həsrət” ləqəbli narkobaron həbs edilib
hebs_023569

Balakəndə “Valiko Həsrət” ləqəbli narkobaron saxlanılıb.

Balakən rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirib.

Daxil olmuş məlumat əsasında rayonun Mahmalar kənd sakini, 59 yaşlı Həsrət Abdurəhman oğlu Yekəyev rayonun Katex kəndi ərazisində saxlanılıb. Onun üzərində aparılan axtarış zamanı bir ədəd salafon torbada təmiz çəkisi 37, 129 qram narkotik vasitə hesab edilən heroin və bir qabda təmiz çəkisi 6,929 qram olan metamfetamin aşkar edilərək götürülüb.

Kriminal aləmdə “Valiko Həsrət” ləqəbi ilə tanınan Həsrət Yekəyev əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə üç dəfə məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.(apa)

Paylaş »
››› Avropanın 5 ölkəsi normal həyata qayıdır
››› Avropa Birliyi Ermənistana 92, Azərbaycana 14 milyon avro ayırıb – Səbəb maraqlıdır
››› Qanunsuz kapitalı və əmlakı, sənədsiz evi olanlara şad xəbər - Açıqlama
››› Koronavirusla əlaqələndirilən 5G əslində yeni dünyanın silahıdır
››› Karantinə etiraz: “Ölsə də, mənim uşağımdır, sənə nə?!” - Video
Son xəbərlər
Bütün xəbərlər »