Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Romaya aparan yollar
İlham Əliyev İtaliya

Azərbaycan-İtaliya tərəfdaşlığı: tarixə söykənən gələcək haqqında

Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransından İtaliyaya getdi. Sanki gözlənilməz bir səfər oldu. Ancaq İtaliyanın Avropadakı, Avropa strukturlarındakı yeri, eləcə də, Azərbaycanla ikitərəfli əlaqələri məlumdur və mühümdür. Bu baxımdan, İlham Əliyevin, eləcə də, onunla birlikdə birinci vitse-prezident Mehriban Əliyevanın Romaya gedişində, əslində təəccüblü bir şey yoxdur. Çünki Azərbaycanla İtaliya hər nə qədər bir-birindən uzaqda yerləşsələr də, münasibətlərinin tarixi var.

Prezidentin İtaliya səfəri

Bakı yaxınlığındakı Qobustan qayaüstü abidələrində latın dilində yazıların olması burada Roma legionlarının izlərindən xəbər verir. İtaliyadan hələ orta çağlarda Azərbaycana turistlər gəlirdi. Onların arasında məşhur Venetsiya taciri və səyyahı Marko Polo da var idi. Tarixdən məlum olduğu kimi, ilk səfərini Yerusəlimə etmiş Polo sonralar Xristofor Kolumbla Amerikanı kəşf etməyə yollanmışdı. Onun bizim ölkəmizə gəlməsi, o cümlədən, Təbrizdə mirvari alması, Mərkəzi Asiyadan keçərək Pamiri aşması, Kəşmirə getməsi məlumdur.

O zamankı Venetsiya Respublikası bölgəmizi və ölkəmizi tanımışdı. Təsadüfi deyil ki, 1549-cu ildə böyük Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin “Təhriri-öqlidis”(“Evklid başlanğıcının təfsiri”) əsəri Romada latın dilində çap olunmuşdu. 14-18-ci yüzillərdə Səfəvilər dövləri ilə Venetsiya Respublikası arasında diplomatik əlaqələr yaranmışdı. Bu ənənə 20-ci yüzilin əvvəlində Azərbaycan Xalq Cümhuriyyəti qurulanda yenə davam edib; tarixi Venetsiya Respublikasının varisi olan İtaliya Respublikası da 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti ilə diplomatik əlaqələr qurmuş və Bakıda öz konsulluğunu açmışdı. 20-ci əsrin sonlarına doğru Sovet İttifaqının dağılmasından sonra Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyanlardan biri də İtaliya Respublikası oldu; Azərbaycan Respublikası öz müstəqillik aktını 1991-ci il dekabrın 29-da referendumla təsdiq edib, 1992-ci il yanvarın 1-də İtaliya Azərbaycanı müstəqil dövlət olaraq (yəni tərəddüdsüz) tanıyıb. 8 may 1992-ci ildə isə iki ölkə arasında diplomatik münasibətlər qurulub.

İlham Əliyev Romada Ziyafet

Bu tarixdir, ancaq bu tarixin üzərində Azərbaycanla İtaliya arasında bütün sahələr üzrə münasibətlər yaranıb. Prezident İlham Əliyevin son səfəri də bu tarixi canlı tutmağa yönəlmiş bir addım oldu. Münasibətlərə baxsaq, İtaliya Azərbaycanın bütün dünyadakı ən böyük tərəfdaşıdır. Yəqin ki, Rusiya və İran kimi böyük qonşuları, Türkiyə kimi təbii müttəfiqi olan Azərbaycanın İtaliya ilə daha böyük həcmdə iqtisadi tərəfdaşlığı ayrıca maraq doğuracaq. Bəli, 2019-cu ildə Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 6 milyard ABŞ dollarına çatıb. Müqayisə üçün deyək ki, Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən il 4 milyard ABŞ dolları həcmində olub. Bu rəqəmlərin müqayisəli təhlili Azərbaycanla İtaliya arasında iqtisadi-ticarət tərəfdaşlığının həcmindən və hər iki ölkə üçün önəmindən xəbər verir. Ölkəmizin enerji sektoru və sərhədlərimizdən kənarda maliyyələşdirdiyi enerji layihələri ilə bağlı İtaliya şirkətləri 10 milyard ABŞ dollarına yaxın dəyəri olan müqavilələr imzalayıblar. Enerji sektorundan kənar sahələr üzrə İtaliya şirkətləri ilə imzalanan sazişlərin dəyəri 700 milyon ABŞ dollarıdır. Yəni 1 milyarda yaxınlaşır. İtaliya bizim xam neftimizin ən böyük alıcılarından biridir; xam neftə olan ehtiyaclarının 17 faizini bö ölkə bizdən alır.

Cənub Qaz Dəhlizinin Azərbaycan üçün necə böyük əhımiyyət daşıdığını isbatlamağa xüsusi bir ehtiyac yoxdur. Bu layihənin reallaşmasında da İtaliyanın böyük önəmi var; TransaAdriatik qaz kəməri layihəsi (TAP) Azərbacandan və bütövlükdı regiondan Avropanın cənub-qərbinə və qərbinə nəql olunacaq qazın çatdırılmasında mühüm həlqə olacaq. TAP layihəsi üzrə işlər artıq yekunlaşmaq üzrədir (işlərin 92 faizi görülüb). Bir müddət öncə bu layihənin reallaşmasına mane olmağa çalışan qüvvələr də var idi. Xüsusilə, Ermənistan bu layihənin bloklanmasını çox arzulayırdı (öz lobbi və diaspor təşkilatlarını da bu işə cəlb etmişdi). Ancaq bütün bunlar elə arzu olaraq da qaldı. Erməni lobbi və diaspor təşkilatları İtaliya Respublikası hökumətinin və cəmiyyətinin mövqeyinə təsir edə bilmədi. Əksinə, Azərbaycan Prezidentinin bu dövlət səfəri münasibətlərə yeni ruh və yeni dinamika gətirdi; İlham Əliyev ən yüksək səviyyələrdə - İtaliya Prezidenti Sercio Matarella, Nazirlər Şurasinin Sədri Ccüzeppe Konte, Senat Sədri, Senator xanım Maria Elicabetta Alberti Kaselatti və Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşlər keçirdi. Eyni zamanda İtaliyanın ən nəhəng maliyyə və sənaye korporasiyalarının rəhbərləri ilə görüşləri oldu. İtaliya şirkətlərinin Azərbaycana sərmayə qoyuluşunun artırılması istiqamətində danışıqlar aparıldı. Azərbaycanla İtaliya arasında birgə bəyannamə qəbul edildi. Bu Bəyannamədə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bir daha vurğulandı. İtaliya Helsinki Yekun Aktına, BMT-nin və ATƏT-in qətnamə və qərarlarına dəstək sadiqlik ifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini bir daha dəstəkləmiş oldu.

Göründüyü kimi, G7 formatının üzvü – dünyanın 7 ən böyük dövlətlərindən biri olan İtaliya Respublikası ilə Azərbaycan Respubliası arasında siyasi, iqtisadi tərəfdaşlığın, beynəlxalq təşkilatlarda əməkdaşlığın, eləcə də, humanitar əlaqələrin ölkəmiz üçün çöx böyük əhəmiyyəti var. Dünya siyasətinin güclü oyunçuları ilə dostluq Azərbaycanın da güclənməsi deməkdir. Azərbaycan Prezidenti məlum Münhen debatında Ermənistan baş nazirini hansı vəziyyətə salmışdısa, hesab etmək olar ki, ənənəvi olaraq erməni lobbi və diaspor gücünün böyük olduğu İtaliyaya uğurlu dövlət səfəri ilə düşmən tərəfə bir daha öz yerini göstərmiş oldu.

Bizim Yol

Paylaş »
››› Yardım almaq üçün qeydiyyata düşmə qaydası
››› "Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama
››› Belarusda həkimlər kütləvi işdən çıxır
››› İtaliyada virusa yoluxanların sayı bu gün də azaldı
››› Azərbaycanda ötən sutka ərzində koronavirusa yolyxanların sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »