Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Keçmiş prezidenti özünün təyin etdiyi hakim mühakimə edəcək
sarkisyan2 (1)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəmə işini aparacaq hakim Vahe Misakyanın prosesdən imtina edəcəyi gözlənilir.

Bu barədə “Joxovurd” nəşri yazıb.

Misakyan Serj Sarkisyanın imzaladığı fərmanla 2017-ci ilin noyabrında hakim təyin edilib. Buna baxmayaraq, hakim ona təzyiq göstərilmədiyini deyib.

"Məni qorxutmadılar və qorxutmurlar. Bəli, mən qorxaq insan deyiləm", - deyə hakim sözügedən cinayət işindən imtina edəcəyinə dair məsələyə aydınlıq gətirib.

Sarkisyanın bir milyon dollar mənimsəməkdə ittiham olunduğu "dizel işi" üzrə məhkəmə iclası fevralın 25-də keçiriləcək.

Azvision.az xatırladır ki, Serj Sarkisyan fermerlər üçün nəzərdə tutulan dizel yanacağını dövlət satınalınmasında mənimsəməkdə ittiham olunur. Onunla birlikdə o vaxtkı kənd təsərrüfatı naziri Serqo Karapetyan, onun müavini Samvel Qalstyan (dizel alışını təşkil edən), həmçinin “Flash” şirkətinin sahibi Barseq Beqlaryan da təqsirli bilinir.(virtualaz.org)

Paylaş »
››› Yardım almaq üçün qeydiyyata düşmə qaydası
››› "Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama
››› Belarusda həkimlər kütləvi işdən çıxır
››› İtaliyada virusa yoluxanların sayı bu gün də azaldı
››› Azərbaycanda ötən sutka ərzində koronavirusa yolyxanların sayı açıqlanıb
Son xəbərlər
Bütün xəbərlər »