Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neymar ayın ən yaxşı futbolçusu seçilib

Fransa çempionatında yanvar ayının ən yaxşı futbolçusu “Paris Sen-Jermen” klubunun braziliyalı hücumçusu Neymar seçilib.

Bizimyol.info xəbər verir ki, braziliyalı futbolçu yanvarda üç görüşdə rəqib qapısına beş dəfə yol tapıb və iki məhsuldar ötürmə ilə yadda qalıb.

Jurnalistlərin və futbol ictimaiyyətinin nümayəndələrinin qatıldıqları səsvermədə Neymar 62 faiz səs yığaraq Yunis Abdelhamidi (“Reyms”, 20 faiz) və Musa Dembeleni (“Lion”, 18 faiz) geridə qoyub.

Son xəbərlər
Bütün xəbərlər »