Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ kəşfiyyatı: Rusiya Trampı yenidən prezident seçdirmək istəyir

ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsinə Rusiyanın bu ölkədəki seçki kampaniyasına qarışmasına dair məlumat məruzə edilib.

“New York Times”ın məlumatına görə, ABŞ kəşfiyyat xidməti orqanlarının əməkdaşları Rusiyanın yenidən Trampı prezident görmək istədiklərini hesab edirlər.

Donald Tramp və Vladimir Putin Donald Tramp və Vladimir Putin

Onların fikrincə, Rusiya həm Demokratik Partiyanın praymerizinə, həm də ümumilikdə seçkilərə qarışmaq niyyətindədir.

Məruzədə Rusiyanın sosial şəbəkələr üzərindən fəaliyyətə başladığı vurğulanıb. Bundan başqa, şübhələrin İrana yönləndirilməsi üçün Rusiyanın kiber hücumlar da etməyi planlaşdırdığı vurğulanıb.

Xatırladaq ki, ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə qarışdığını hesab edir. Rəsmi Moskva isə bu iddianı qətiyyən qəbul etmir. Bundan əlavə, Donald Trampın seçki qərargahının Rusiya ilə əlaqələrinin olduğu ehtimal edilir, ancaq xüsusi prokuror Robert Müller istintaq zamanı bunu təsdiqləməyib.(report)

Son xəbərlər
Bütün xəbərlər »