Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aksiz markası olmayan malların satış məqsədilə saxlanması faktı aşkar edilib

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241E ünvanında yerləşən, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 şüşə alkoqollu içki və 10.813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.

Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən Bizimyol.info-ya verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb, N.Nizaməddinov barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bildirir ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur.

Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.

Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya Qarabağda Ermənistan ordusunu müharibəyə hazırlayır - Fotolar
››› Putinin mənzilində yaşayan şəxs: “Navalnı gəlmişdi” - Fotolar
››› “Ermənistan altı ölkə arasında qurulacaq əməkdaşlığa qoşula bilər”
››› 3 rayonda su kəsiləcək
››› “Bəsdir!” - Hikmət Hacıyevin “Atlantic Council”dəki nitqinə dair
››› Ramin Quluzadə nazir vəzifəsindən azad edilib
››› Tağı Əhmədov xəstəxanaya yerləşdirildi
Son xəbərlər
Bütün xəbərlər »