Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zərdabda etiraz aksiyası: İcra başçısı hadisə yerinə gəldi - Video

Zərdab rayon Çallı kənd sakinləri örüş sahələrini uzun illərdir zəbt olunduğunu iddia edərək etiraz akiyası keçiriblər.

Bizimyol.info xəbər verir ki, sakinlər örüş sahələrinin geri qatarıldığını və kənd sakinləri Bələdiyyə üzvlərinin yenidən seçilməsini tələb ediblər.

Sosial şəbəkələrdə yayılan məlumata görə, Zərdabın Çallı kəndində örüş sahəsi əlindən alınan kəndlilərin keçirdiyi etiraz aksiyası zamanı polis tərəfindən saxlanan və xəsarət alanlar olub.

Məlumatda bildirilib ki, yüzlərlə şəxs saxlanılanların sərbəst buraxılması üçün rayon mərkəzinə yola düşüblər. Bunu eşidən Zərdab rayon icra hakimiyyətinin başçısı Mərdan Camalov dərhal kəndə gediş və yüzlərlə kənd sakinini geri qaytararaq, kənddə onlarla görüşüb. İlk öncə icra başçısı bir neçə nəfərlə qapalı görüşmək istəyib, lakin aksiyaçılar buna razılaşmadığına görə açıq şəkildə görüşüb, problem ilə tanış olüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Zərdab rayonunun Çallı kəndində yaranmış sosial problemlə əlaqədar kənd sakinləri etiraz aksiyasi keçirib: “Keçirilmiş qanunsuz aksiyanın qarşısı polis əməkdaşları tərəfindən alınıb. Bu zaman saxlanılanlar və xəsarət alanlar olmayıb”.

Son xəbərlər
Bütün xəbərlər »