Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp "Parazitlər" filmini tənqid edib

ABŞ Prezidenti Donald Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib.

“RİA Novosti”nin verdiyi xəbərə görə, o bu barədə Kolorado ştatındakı mitinqdə çıxışı zamanı deyib.

“Bu il kinoakademiya nə pis mükafat verib. Qalib də Cənubi Koreyadan olan filmdir. Orda nə baş verir? Bizim Cənubi Koreya ilə ticarət sahəsində kifayət qədər problemlərimiz var və belə vaxtda onlara ilin ən yaxşı filmi mükafatını verirlər. Bu, normaldır? Bilmirəm. Gəlin “Küləklə sovrulanlar”ı qaytaraq, lütfən... Qalib isə Cənubi Koreyadandır. Mən düşünürdüm ki, bu, ən yaxşı xarici filmdir. Yox. Əvvəllər belə şey olurdu?", – deyə Tramp bildirib.

Qeyd edək ki, Cənubi Koreya rejissoru Pon Çjun Honun “Parazitlər” filmi "İlin ən yaxşı filmi" seçilib. Beləliklə “Oskar” ilk dəfə ingilis dilində çəkilməyən filmə verilib. Ekran əsəri bundan başqa ən yaxşı rejissor işi, ən yaxşı ssenari və ən yaxşı əcnəbi film kateqoriyalarında da qalib olub.(apa)

Paylaş »
››› Vaksin vurulmuş şəxslərə veriləcək pasportun əhəmiyyəti nədir… - Açıqlama
››› “İlk zərbəni Türkiyə endirəcək, 2-3 gün çəkəcək, vəziyyət yaxşı deyil”
››› Qazimizin atası oğluna dərman almaq üçün kredit götürüb
››› "Türkiyə və Azərbaycanın qarşısında heç bir maneə yoxdur" - Abramyan
››› Oqtay Şirəliyevə koronavirus əleyhinə peyvənd vurulub - Video
››› Ermənistan mağazalarında Azərbaycan etiketli məhsullar necə peyda olub... - Foto
››› Fransa erməni terrorçularını Azərbaycandan geri almaq istəyir
Son xəbərlər
Bütün xəbərlər »