Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının həbs olunduğu rayonda baş həkim də saxlanılıb - Foto

Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçalada keçirdiyi əməliyyatda daha bir nəfər saxlanılıb.

Saxlanılan şəxslər arasında Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov da var.

Telman Zahidov - Neftçala baş həkimi Telman Zahidov

Qeyd edək ki, dünən DTX Neftçala İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və icra başçısı İ. Vəliyevin də saxlanıldığı deyilir.

İsmayıl Vəliyev İsmayıl Vəliyev

DTX-nin yaydığı rəsmi açıqlamada bildirilir ki, Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xatırladaq ki, baş verən hadisədən dərhal sonra Prezident İlham Əliyevin sərəncamı ilə İ. Vəliyev vəzifəsindən azad edilib. (unikal.org)

Son xəbərlər
Bütün xəbərlər »