Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günün ulduz falı: 21 fevral, 2020

Qoç - ifrat tələbkar və hər şeyin məğzinə varmağa çalışan insan olmasanız, xeyli sayda maraqlı məqamları öyrənə bilərsiniz. İşdə həmkarlarınızla ünsiyyətdə anlaşılmazlıq yarana bilər. Şərik və ya tərəfdaş "oyundan çıxmaq" fikrinə düşə bilər. İşgüzar həyatda və şəxsi münasibətlərdə yaranan boşluğu doldurmağa tələsməyin. Sabahdan etibarən işlərdə dəqiqlik yaranacaq. Qəti qərarları sabaha qədər təxirə salın.

Buğa - yaxın gələcəkdə sizi gözləyəcək işlərlə bağlı planlar qura bilərsiniz. Yaxın ətrafınızdakı insanlardan dəstək arayın. Fəaliyyəti planlaşdırmaq üçün imkan və vaxt tapmağın böyük önəmi var.

Əkizlər - cari məsələləri dərhal həll edə, ruh yüksəkliyi hiss edə bilərsiniz. Əsas odur ki, işləri qarışdırmayın, növbə ilə görün, heç nəyi təxirə salmayın. Nəzərdə tutulmamış yeniliklər, xəbərlər ola bilər. Reaksiyanızı nəzarətdə saxlayın, kimsənin xətrinə dəyməyin. Həddən ziyadə təşəbbüskarlıq və inad mənfi nəticə verə bilər. Ən yaxşı nəticəni səy göstərmədən əldə edəcəksiniz.

Xərçəng - dağı dağ üstünə qoya bilərsiniz. Amma səylərinizin predmeti barədə əvvəlcədən düşünün. Günün əksər olaylarına epataj xas olacaq. İndi çox işin öhdəsindən gələ bilərsiniz. Lakin günün tələblərini yerinə yetirin, situativ qatılma və ya müdaxilə tələb edən məsələlərlə məşğul olun.

Şir - enerjinin bir istiqamətdə axması yaşamın digər mühüm aspektlərini müdafiəsiz edə bilər. Belədə problemlər dərhal üzə çıxacaq, iş yoldaşlarınızın davranışınızdan narazı qaldıqlarını görəcəksiniz. Bu günün bütün mövzuları və məqamları dinamik, yüksək emosional yüksələn səviyyədə inkişaf edəcəklər.

Qız - bu gün tək qalmayın, yaxın tanışlar və dostlar arasıda olun. Böyük gözləntilərə qapılmayın, mühüm məsələlərin həllini planlaşırmayın. Gün sakit işlər üçün yararlıdır. Başqasının faydalı təcrübəsindən bəhrələnmək, öz təcrübənizi bölüşmək üçün əlverişli vaxtdır.

Tərəzi - işlərin bəzilərini axşama saxlamayın. Qıcıq və narazlıq hisslərini aradan qaldırmaq olar. Daxili təlatüm, hisslər və ya istəklər dəyərlərlə münasibətlərə yenidən baxmağa vadar edə bilər. Axşam saatlarında yaxşı dincəlin.

Əqrəb - Emosional yaşantılar güclənə bilər. Ümumiyyətlə asudəliyin yoxa çıxmasına, münaqişə və incikliyin yaranmasına imkan verməyin. Yanınızda etibar etdiyiniz, inandığınız insanlar olsun. Axşam saatlarında açıq havada gəzintiyə çıxın.

Oxatan -  həyati önəm daşıyan yeniliklər və dəyişikliklər üçün məkanı təmizləyin, səhmana salın. Lakin hadisələri tələsdirməyin, hamını özünüzə bənzətməyə çalışmayın. Düşünülməmiş sözlər qərarlaşmış əlaqələr və münasibətləri poza bilər. Hələlik yalnız özünüzə, öz qüvvənizə bel bağlayın.

Oğlaq - günün energetikası çox yüksək səviyyədədir. Çoxlu faydalı işlər görərək maraqlı məqamları nəzərdən qaçırmaya bilərsiniz. Dostlarla planlaşdırılmamış görüş, evə qonaq gəlməsi mümkündür. İdeyalar, unikal həllər, problemlərin yaradıcı həlli baxımından gün əlverişli və məhsuldar ola bilər.

Dolça - işləri qaydaya salmaq üçü əlverişli gündür. Axşam saatlarında ünsiyyətdə diqqətli olun, artıq sözlər deməyin.

İnciklik hissi çox asanlıqla yarana bilər. Planlarınız, gözləntiləriniz, məlumatlar və istəklərinizi bölüşməyə tələsməyin.

Balıqlar - çoxsaylı tədbirlər planlaşdırmayın. Sakit, aram gündür. İşlərinizi soyuqqanlı şəkildə, tələsmədən görün.

Yaxşı tanıdığınız insanların məclisini seçin ki, qarşı tərəfdəki insanlara necə təsir bağışladığınıza görə narahatlıq keçirməyəsiniz.

Milli.Az

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
Son xəbərlər
Bütün xəbərlər »