Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA rəsmisi: “Uşaq, əlil arabaları üçün avtobusda imkanlar olmalıdır”

"Yeni avtobuslar kartlaşma sisteminə, dispetçer xidmətinə zəruri olan avadanlıqların quraşdırılmasına imkan yaradır. Eyni zamanda bu avtobuslar əvvəlkilərdən həm xarici, həm də daxili tərtibatına görə fərqlənir".

Bu sözləri İctimai TV-də "Diqqət mərkəzi" verilişində qonaq olan Bakı Nəqliyyat Agentliyinin (BNA) Aparat rəhbəri Gülşən Rzayeva deyib.

"Bu avtobusların əvvəlkilərdən fərqli olan amillərindən biri də onların ekoloji cəhətdən çox təmiz olmasıdır. Yeni gətirilən avtobuslar təbii sıxılmış qazla işləyir. Bu, təhlükəli deyil. Bunu dünya praktikası da, tədqiqatçılar da, bizim ekspertlər də sübut edir. Həm də ictimai nəqliyyatdan havaya tullantılar buraxılmasını azaldır.

Digər məsələ yeni avtobuslarda əlçatanlığın olmasıdır. Köhnə avtobuslarda bu yoxdur. Yəni uşaq arabaları, əlil arabaları ilə daxil olmaq üçün avtobusda imkanlar olmalıdır", - deyə G.Rzayeva əlavə edib. (Report.az)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »