Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Skandinaviyada miqrantlar ölkəni necə dağıdır...

İsveç miqrantlar üçün ən əlverişli ölkələrdən biridir. Sosial şərtlər çox yaxşıdır, insan haqları yüksək səviyyədə qorunur. Amma miqrantlar İsveçə az zərər vurmur.

Bizimyol.info xəbər verir ki, rus miqrantlar bu fikirdədir. Helsinqborqda yaşayan Vyaçeslav Kelş “Federalnoye agentstvo novostey”ə danışıb. Onun sözlərinə görə, miqrantlar bu ölkədə küçədən keçənləri soyur, narkotik satır, bir sözlə, ölkəni dağıdırlar.

“Miqrantlar daha çox cənubda yaşamağa çalışır. Çünki şimalda çox soyuqdur. Cənubda çox şəhər yoxdur – Helsinqborq, Malmö, Geteborq. Buraları da dağıtmaqla məşğuldurlar. Miqrantların yaşadığı rayonlara baş çəkin, hər yer zibillikdir. Sadə isveçli hər şeyi görür, amma danışmağa qorxur. İsveçlilər çox narazıdır. Bir az səmimi münasibəti olan adamla söhbətdə açıq deyirlər. Sosial vəziyyət də pisləşir. Çünki miqrantların sayı dayanmadan artır.

Helsinqborqun cəmi 140 min əhalisi var. Bildiyimə görə, şəhəri iki bandit qrupu öz arasında bölüb. Bura çox təhlükəli yerə çevrilib. Dəstələrə Afrikadan gələnlər başçılıq edir. Hər cür cinayət törətməyə hazırdırlar”.

Jurnalist Kelşin dediklərinə çox heyrət etdiyini bildirir. Çünki İsveçlə bağlı təəssürat həmişə başqa olub. Doğrudanmı bura heç da sakit, xoşbəxt insanların yaşadığı ölkə deyil? Vyaçeslav deyir ki, İsveçin çox sakit yerləri də var: “Məsələn, kiçik şəhərlərdə insanlar heç qapını da bağlamır. Əsasən cənub şəhərləri bu gündədir. Çünki İsveçə Suriyadan, Əlcəzairdən, Mərakeşdən çoxlu adam gəlib. Afrikalılar isə şimalda yaşaya bilmirlər”.

Kelş bildirir ki, əslində, İsveçin miqrant siyasəti çox normaldır. Ölkədə müəllim, tibb bacısı çatışmazlığı var. Məsələn, 30 min tibb bacısına ehtiyac yaranıb. İsveçlilər bu boşluğu miqrantların sayəsində doldurmağa çalışır. Amma ölkəyə heç də arzuolunan insan axını üz tutmur.

Paylaş »
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Nazirin açıqlamasından çıxan nəticə: Azərbaycanda təhsil düzələn deyil
››› Təhsil naziri məktəb direktorlarının problemli videolarından danışdı
››› Minasyan: “Ölkə xalqın vecinə də deyil, uçuruma yuvarlanırıq”
››› “Köçəryan Xankəndidə qaçıb masanın altında gizləndi...” - Erməni deputata qarşı ittiham
››› Yanvarın 24-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »