Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mavritaniyadan, Zimbabvedən geri qalan milli komanda

FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan mövqe dəyişməyib.

Bizimyol.info xəbər verir ki, milli komanda 114-cü yerdə qalıb. Bu mövqedə isə hətta Mavritaniyadan, Zimbabvedən, Mozambikdən də geri qalırıq.

Ümumiyyətlə, cədvəldə böyük dəyişikliklər baş verməyib. Çünki son bir ayda milli komandaların əksəri oyun keçirməyib.

İlk 22 pillədə sıralama elə yanvarda gördüyümüz kimidir. İlk 10-luqda Belçika, Fransa, Braziliya, İngiltərə, Uruqvay, Xorvatiya, Portuqaliya, İspaniya, Argentina və Kolumbiya yer alır.

Almaniyanı 15-ci yerdə görüb təəccüblənməmək olmur. İtaliyaya 13-cü pillə də yaraşmır.

Sıralamada 210 milli komandanın adı var. Axırıncı yerdə Anqilya qərarlaşıb.

Son xəbərlər
Bütün xəbərlər »