Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ordusu İdlibdə hərbi əməliyyatlara başladı

Türkiyə Silahlı Qüvvələri Suriyanın İdlib bölgəsində Bəşər Əsədə sadiq qüvvələrə qarşı hərbi əməliyyatlara başlayıb.

Əməliyyat Suriya Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən birinin yaraqlılar tərəfindən vurulduğu Nairab kəndində (Fevralın 3-dən rejim qüvvələrinin əlinə keçib) aparılır. Türk hərbi texnikasının bir karvanı, o cümlədən bir neçə tank da bu kəndə cəlb edilib. Bundan əlavə, artilleriya zərbələri endirilib.

“Əl-Cəzirə” telekanalının məlumatına görə, hücumda həm türk qoşunları, həm də silahlı müxalifətin döyüşçüləri iştirak edir.

Qeyd olunur ki, Nairab yaxınlığındakı döyüş nəticəsində Suriya ordusunun 2 tankı və Rusiyaya aid 2 kəşfiyyatçı PUA vurulub.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 19-da AKP-nin partiya toplantısında çıxışı zamanı “Bütün hazırlıqlar görülüb. İdlibdə hər an hərbi əməliyyatlara başlaya bilərik”deyə bildirmişdi. (Qafqazinfo.az)

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »