Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı Türkmənistanın “Wikipedia” səhifəsində xalasını axtarır - Foto

“Wikipedia” (Vikipediya) internet ensiklopediyasında milyonlarla məlumat, məqalə tapmaq mümkündür.

Amma azərbaycanlılardan biri bunu başqa istiqamətdə istifadə etmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, azərbaycanlı Türkmənistanın “Wikipedia” səhifəsində xalasını axtarır. İnternet ensiklopediyasının “Türkmənistan” səhifəsinin “Xarici keçidlər” bölməsindən aşağıda maraqlı ifadələr gözə dəyir. Orada yazılıb: “Mən xalamı axtarıram. Türkmənistanda qaldığını bilirəm. Adı Püstəxanımdır. Oğlunun adı Şadlıq, qızının adı Züleyxa. Yoldaşı da türkmən vətəndaşıdı. 20 ildən çoxdu ki, görmürəm. Soyadları Dosiyeva olmalıdı”.

Azərbaycanlı Türkmənistanın “Wikipedia” səhifəsində xalasını axtarır - Foto

Türkmənistan dünyanın ən qapalı ölkələrindən sayılır. Bura viza almaq çox çətindir. Məsələn, bir azərbaycanlı Türkmənistana getmək istəyirsə, orada yaşayan hansısa qohumu dəvətnamə göndərməlidir. Ən asan yol işlə bağlı səfərdir. Turist kimi getmək məsələsi çox müşküldür.

Görünür, “Wikipedia”da nicat axtaran azərbaycanlı da başqa yol görməyib. Düşünüb ki, Türkmənistanda bu cümlələri kimsə görüb, ona xalasını tapmağa kömək edər. Amma həmvətənimiz bir məsələni unudur. Türkmənistanda “Wikipedia”dan istifadə etmək mümkün deyil.

Son xəbərlər
Bütün xəbərlər »