Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK-nın qarşısında etiraz aksiyasının 5-ci günü – Video

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində qeydiyyatala alınmışda deputatlığa keçmiş namizədlər bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) qarşsında etiraz aksiyası keçiriblər.

Bizimyol.info xəbər verir ki, deputatlığa keçmiş namizədlərin beşinci dəfə keçirdiyi aksiyada etirazçılar seçki dairələrində qanun pozuntularının olduğunu iddia edərək seçkinin nəticəsinin ləğv olunmasını tələb ediblər.

Mərkəzi Secki Komissiyasının qarşısına toplaşanlar “Azad seçki”, “Vətəndaşa əl qaldırma” şüarları səsləndiriblər.

Polis etiraz aksiyasının iştirakçılarının ərazidən uzaqlaşdırıb.

Fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı şikayətlərə baxış hələ təqribən bir həftə davam etməlidir. Bu proses qanunvericiliyə əsasən, fevralın 29-na kimi davam edə bilər. İndiyə qədər Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairədə nəticələri ləğv edib. Habelə, təqribən 10 dairədə 30 civarında məntəqələrin də nəticələri etibarsız sayılıb.

Son xəbərlər
Bütün xəbərlər »