Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokurorluq və TƏBİB "orqan mafiyası" ilə bağlı yayılan məlumatlarla bağlı açıqlama yayıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Baş Prokurorluğun Mətbuat xidmətlərinin birgə məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstə tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ailə üzvlərinin icazəsi olmadan ölən şəxsin meyitinin daxili orqanlarının satış məqsədi ilə çıxarılması üçün əməliyyat olunmasına dair əsassız məlumatlar yayılıb.

Bizimyol.info xəbər verir ki, məlumatda qeyd edilir ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur.

Belə ki, cari il fevralın 13-də saat 11 radələrində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Hüseyn Mirzəyevin hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərlə “qapalı kəllə-beyin travması, daxili qanaxma” diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olması və həmin gün saat 15 radələrində orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hüseyn Mirzəyevin meyiti “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biləsuvar rayon şöbəsinin təşrih otağında məhkəmə-tibb eksperti tərəfindən prokurorluq və polis əməkdaşlarının, eləcə də mərhumun ailə üzvlərinin iştirakı ilə xarici və daxili müayinə olunub.

Meyit daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilib, mərhum rayonun Bəydili kənd qəbiristanlığında dəfn olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› Azərbaycanda jurnalist qətlə yetirilib
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› ƏDV faizlərini geri alanlar üçün ikiqat qazanc!
››› “Avropa səmalarında da Türkiyə İHA-larını görəcəyik”
Son xəbərlər
Bütün xəbərlər »