Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
40 saylı Seçki Dairəsinin bir məntəqəsində nəticələr ləğv edilib

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsindən deputatlığa namizəd Sitarə Zeynalovanın şikayətinə baxılıb.

Bizimyol.info MSK katibi Arifə Muxtarova bildirib ki, müraciət Ekspert Qrupu tərəfindən araşdırılıb: “DSK bu müraciətlə bağlı araşdırma aparıb və 14 fevralda qərar qəbul edib. Şikayətçi bu qərarla razılaşmayıb və MSK-ya müraciət edib. Şikayətçinin mübahisələndirdiyi seçki məntəqələrində seçicilərin iradəsinə təsir edən hər hansı pozuntu halları aşkar edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərə də komissiya üzvləri ilə birlikdə baxılıb. 8 saylı məntəqədə seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Təklif edirəm ki, bu seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK şikayəti müzakirəyə çıxarıb və 8 saylı məntəqədə səsvermənin nəticələrinin etibarsız sayılması ilə bağlı qərar qəbul edib.

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »