Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert Mərkəzi Bankın yeni qərarına münasibət bildirdi - “Başqa dəyişikliklərə də ehtiyac var”

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 20.02.2020-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri‐rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişikliklər təsdiq olunub.

AMB-dən verilən məlumata görə, dəyişikliklərə əsasən qabaqcadan malların idxalı ilə əlaqədar ödəniş aparıldıqda malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlərin müvəkkil banka təqdim olunması müddəti mövcud 270 (iki yüz yetmiş) gündən ən geci 2 (iki) il müddətinə qədər uzadılmış, eyni zamanda idxal olunmayan mal və xidmətlərin dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğini aşmadığı halda valyuta nəzarəti orqanına bu barədə məlumatın verilməsi tələbi aradan qaldırılıb.

Ramil Abbasov Ramil Abbasov

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov bildirib ki, əvvəlki valyuta rejiminə görə ölkədən çıxan pul əvəzinə 270 gün ərzində ya pul qarşılığında mal gəlməli idi, ya da ki həmin göndərilən məbləğ geri qayıtmalı idi.” Əks təqdirdə göndərilən məbləğin 20-30% qədər Palata cərimə edirdi. İndi bu isi Mərkəzi Bank edir. Üstəlik həmin 270 gün müddət yeni qaydalara əsasən dönüb oldu 2 il. Əlavə olaraq da 10 min ABŞ dollarına qədər mərkəzi banka məlumat verilməyəcək”. Ekspert qeyd edib ki, dəyişikliklər hələlik bundan ibarət olsa da xarici ticarət anlayışını inkişaf etdirmək üçün başqa dəyişikliklərin də edilməsinə ehtiyac var və bu təkliflər artıq Mərkəzi Banka təqdim olunub.

“Hələki dəyişiklik ancaq budur. Amma çox güman ki digər dəyişikliklər də olacaq. Ölkə üçün xarici ticarət anlayışını bir qədər inkişaf elətdirmək lazımdır. Vasitəciliklə bağlı ödəniş şərtlərində də dəyişiklik mütləq lazımdır. Misal üçün, vasitəciliklə əlaqəli köçürmə də mütləq olaraq üçüncü tərəfdə hesaba pul daxil olduqdan sonra köçürə bilərsən. Əgər müqavilə şərtində sonradan ödəmə bəndi varsa artıq belə halda sahibkar bu işi görə bilməyəcək. Yeniki müqavilədən imtina etməli olacaq. Ümumi olaraq biz bununla bağlı Mərkəzi banka təklif vermişik”- deyə Ramil Abbasov qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »