Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təxliyə olunan tələbələrin bir hissəsi geri dönüb

Təhsil Nazirliyi Türkiyədən zəlzələ nəticəsində Azərbaycana qaytarılan tələbələrin təhsilləri ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən bildirilib ki, Azərbaycan hökuməti tərəfindən Türkiyənin Elazığ şəhərində baş vermiş təbii fəlakətdən sonra orada təhsil alan azərbaycanlı tələbələr xüsusi reyslə evakuasiya edilib.

Tələbələrin bir qismi təhsillərini davam etdirmək məqsədilə geri dönüb, digərlərinin də yaxın zamanda geri dönməsi gözlənilir.

Qeyd edək ki, yanvarın 24-də yerli vaxtla sat 20.55-də Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyədə zəlzələ zonasında olan azərbaycanlı tələbələr Naxçıvana, oradan isə təyyarə ilə Bakıya gətirilib. Təyyarə ilə Bakıya gətirilən azərbaycanlı tələbələrin sayı ümumilikdə 102 nəfər olub.(apa)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »