Almaniyanın Hanau şəhərində kafelərə edilən silahlı hücumda öldürülənlərdən 5 nəfəri Türkiyə vətəndaşıdır.
Bu barədə Türkiyənin Almaniyadakı səfiri Əli Kamal Aydın bildirib.
Qeyd edək ki, Almaniyanın Hanau şəhərində yerləşən iki kafeyə edilmiş silahlı hücum nəticəsində 10 nəfər ölüb. Cinayəti törədən Almaniya vətəndaşı olan radikal sağçı Tobias R. isə öldürülüb.(apa)