Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda daha bir azərbaycanlı ailə yaşadığı evdən çıxarıldı

Gürcüstanın Qardabani rayonunda 7 nəfərdən ibarət azərbaycanlı ailə yaşadığı evdən çıxarılıb.

Buna səbəb ailənin 10 il əvvəl götürdüyü kredit üzrə borcunu ödəməməsidir.

Ötən axşam məhkəmə icraçıları Hacıyevlərin evinin qapısını qıfıllayıblar. Bu zaman ailə evdə olmayıb. Evə qayıdan ailə üzvləri qıfılı sındıraraq içəri daxil olublar. Əraziyə çağırılan polis əməkdaşları ailəni güc tətbiq edərək mənzildən çıxarıblar.

Qardabani rayon sakinləri Hacıyevlərin evinin qarşısına toplaşıb və ailəyə dəstək nümayiş etdiriblər.

Qardabani sakinləri bildiriblər ki, son illər rayonda evləri əllərindən alınan ailələrin sayı artıb.

Qeyd edək ki, ötən həftə Qardabaninin Qaratəhlə kəndində yaşayan beşuşaqlı Hüseynovlar ailəsi də yaşadığı evdən çıxarılıb. Buna səbəb ailənin ipoteka borcunu ödəməməsi olub.(report)

Paylaş »
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Qalib əsgər sosial problemlər içində boğulur - Maliyyə Nazirliyi nəyə lazımdır?..
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Masallı rayon Xəstəxanasının baş həkimi barəsində həbs qətimkan tədbiri seçilib
››› DİN Şəmkir polisi haqqında yayılan iddialara aydınlıq gətirdi
››› Ermənistanın hərbi analitiki: "Müharibədəki itkilərimizin sayı altı min nəfərə çatır"
Son xəbərlər
Bütün xəbərlər »