Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcra başçısının həbsi ilə bağlı DTX-dan ilk açıqlama

Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Dövlət Təhlükəsizliyi Xidmətindən APA-ya bildirilib ki, araşdırmalar əsasında şübhəli şəxs qismində tutularaq cinayət məsuliyyətinə cəlb edilən şəxslər və onlar tərəfindən törədilmiş cinayət əməlləri barədə ictimaiyyətə geniş məlumat veriləcək.

İsmayıl Vəliyev İsmayıl Vəliyev

Xatırladaq ki, bu gün əməliyyat nəticəsində Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev həbs edilib. Onun rüşvət almağa görə həbs edildiyi bildirilməklə yanaşı, həmçinin seçkilərə müdaxiləyə görə həbs olunması barədə də xəbərlər yayılır. Həmçinin onun seçkilərə müdaxilə müqabilində deputatlığa namizəddən rüşvət aldığı iddia edilib. Amma müvafiq seçki dairəsi və namizəd bu xəbərləri təkzib ediblər.

Son xəbərlər
Bütün xəbərlər »