Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
MSK rəsmisi seçkilərlə bağlı yeniliyin tətbiq edilə biləcəyini deyib

“Estoniyada və Rusiyanın bir hissəsində elektron, mobil cihaz vasitəsilə seçki sisteminin tətbiqinə başlanılıb. Əgər onlar bu sistemin tətbiqindən məmnunluq ifadə etsələr və vətəndaşların səslərinin ifadəsində yaxşı bir metod olduğunu qəbul etsələr, hesab edirəm ki, bunu Azərbaycanda da gələcəkdə tətbiq etmək olar”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

“Burada gizli bir şey yoxdur. Biz istəmişik ki, ən mütərəqqi metodları Azərbaycanda tətbiq edək. Daha yaxşısı olacaqsa, tətbiq edəcəyik. Amma biz eksperiment keçirmək niyyətində deyilik. Hesab edirəm ki, hazırkı seçki qanunvericiliyi Avropa standartlarına uyğundur. Fikrimcə, bizim indiki standartlar seçkinin şəffaf və ədalətli keçirilməsinə yetərlidir. Biz dünyada inkişaf etmiş, müasir çağırışlara cavab verən bir dövlətik. Yeni qaydaların da tətbiq olunmasında heç bir problem yoxdur”, - MSK katibi əlavə edib. (report)

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »