Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş dövlət baytarlıq müfəttişi: “Koronavirusla bağlı risk daşıyan məhsullar diqqətdə saxlanılır”

“Yanvarın 10-dan sonra Ukrayna, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Çexiya, Almaniya, Hindistan, Danimarka, Səudiyyə Ərəbistanı, Vyetnam, Çin ölkələrindən Azərbaycana quş və quşçuluq məhsullarının gətirilməsi qadağan olunub. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı əvvəlcə xəstəliyi, sonra isə stabillik yaranmasını elan edir. Stabillik yarananda qadağa götürülür”.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev bildirib.

Onun sözlərinə görə, hazırda dünyanın 21 ölkəsində 30 ünvanda xəstəlik aşkarlanıb. AQTA ölkədə “quş qripi” ilə bağlı hər ay monitorinq keçirir. Sonuncu monitorinq fevralın 14-də başa çatıb. Monitorinqlər təbiət əraziləri, ailə, həyətyanı quşçuluq və böyük quşçuluq təsərrüfatlarını əhatə edir. İlkin nəticələrə görə heç bir yerdə xəstəlik aşkarlanmayıb. Bu il biotəhlükəsizlik səviyyəsi 3 olan səyyar laboratoriyalar monitorinqlərdə iştirak edir. Yəni, təbiət ərazilərində laborator müayinələr həmin laboratoriyalarda keçirilir. Digər quşçuluq müəssisələrindən götürülən nümunələr də Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi baytarlıq laboratoriyasında müayinə olunur.

Q. Əbdüləliyev deyib ki, koronavirusla bağlı risk daşıyan məhsulların siyahısı müəyyənləşdirilib və həmin məhsullar diqqətdə saxlanılır: “Həmin məhsulların həm daxili bazarda, həm idxal olunan vaxt təhlükəsizliyi tam nəzarətdə saxlanılır. Amma bu günə qədər hər hansı təhlükəyə rast gəlinməyib. Bildiyiniz kimi, koronavirus infeksiyasının diaqnostikası ölkəmizdə aparıla bilir. Artıq həm avadanlıq, həm müvafiq diaqnostik dəstlər ölkəmizə gətirilib. Biz bu həftənin sonunda görülmüş işlər barədə ətraflı məlumat verəcəyik”.(apa)

Paylaş »
››› Navalnının yaydığı görüntülər Putinin axırına çıxacaq - Video, Foto
››› Rusiyanın "yük atı": Yarım əsrin əfsanəsi tam yeni dizayna keçir - Foto
››› “Baydenin hakimiyyəti dönəmində Türk Dünyasını çətin günlər gözləyir”
››› 26 yaşında general-mayor rütbəsi alan gözəl...
››› ABŞ dollarının uzunmüddətli ucuzlaşması gözlənilir
››› "Azərbaycanın qələbəsindən sonra tarixi türk coğrafiyası bərpa olunur"
››› Azərbaycanda jurnalist qətlə yetirilib
Son xəbərlər
Bütün xəbərlər »