Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xocalı ilə bağlı bədii film çəkilib - Video

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyəti (QSC) Xocalı soyqırımının 28 illiyinə həsr olunan bədii film-kompozisiya çəkib.

Fərqli üslubda çəkilən “Xocalı yol gözləyir” adlı film-kompozisiya soyqırımın canlı şahidi olan və əsirlikdən qayıdan şəxslərin nəql etdikləri əsasında lentə alınıb.

Filmdəki səhnələr dəhşətli fevral gecəsində yaşananları əks etdirir. Kadrların daha real olması üçün çəkilişlər İsmayıllının bir neçə kəndində mənfi 10 dərəcə temperaturda aparılıb.

Film-kompozisiyada Xocalı soyqırımına həsr olunmuş musiqilər ifa olunub.

Elnarə Xəlilova, Lalə Məmmədova, Ramal, Ayaz, Günay Mehdiyeva, Xalq artisti Sabir Məmmədov və daha onlarla aktyor və aktrisa layihəyə cəlb olunub. “Xocalı yol gözləyir”in ideya müəllifləri və quruluşçu rejissorları Etibar Babayev və Elnur Məmmədovdur.

Sözügedən bədii film-kompozisiya fevralın 26-da saat 21:30-da AzTV-də yayımlanacaq.(report)

Paylaş »
››› "Paşinyan türkdür" - Ohannisyan
››› Azərbaycanda ər arvadını oteldə boğaraq öldürüb
››› Baydenin ilk səfər edəcəyi ölkə açıqlandı
››› Yanvarın 18-nə olan hava proqnozu
››› ABŞ-da koronavirusa qarşı peyvəndlərdən sonra ölənlərin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyədə Qaradəniz sahillərində Rusiya gəmisi batıb
Son xəbərlər
Bütün xəbərlər »