Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda daha 3 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib

İranın Qum və Ərak şəhərlərində daha 3 nəfərin yeni koronavirusa yoluxması halı təsdiqlənib.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

O bildirib ki, həmin 3 nəfər xəstəxanalarda nəzarət altındadır.

Cahanpur əlavə edib ki, virusa yoluxanlar İran vətəndaşlarıdır. Ərak şəhərində yoluxan şəxs həkimdir.

Nazirlik rəsmisi İranda yeni koronavirusa yoluxanların sayının 5 nəfərə çatdığını təsdiqləyib.

K.Cahanpur yeni koronovirusla əlaqədar İranın Qum şəhərində izdihamlı məscidlərə və digər ictimai yerlərə, eləcə də ziyarət məkanlarına gediş-gəlişlərin məhdudlaşdırılmasının təklif olunduğu bildirib.

O qeyd edib ki, əgər təklif qəbul olunarsa, qərar Qum əyalət başçısı tərəfindən elan olunacaq.

Qeyd edək ki, ötən gün İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 2 nəfərin yeni koronavirusa yoluxması nəticəsində dünyasını dəyişdiyini təsdiqləyib.(apa)

Paylaş »
››› "Azərbaycan hərbçiləri İrəvanda supermarketdə" - Ermənistanda həyəcan (Foto)
››› “Bu sürətlə vaksinasiyasını bitirmələri üçün 400 il vaxt lazımdır” - Açıqlama
››› "Əraziləri kimin 18 yaşlı oğlunun hesabına almaq istəyirsiniz?" - Vitse-spiker
››› Ermənistan mətbuatı Kremlin adamını "yaxaladı": "Açıq-aşkar depressiyaya düşüb"
››› Mübariz Mənsimovun bacısı: “Atam ölüm yatağında oğlunun yolunu gözləyir” - Video
››› Prezident İlham Əliyev Şuşaya yola düşüb - Video
››› “Şuşadan Ermənistana və onun havadarlarına xəbərdarlıq edildi”
Son xəbərlər
Bütün xəbərlər »