Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüsusi təyinatlılar İcra Hakimiyyətində əməliyyat keçirib

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstələri Neftçala rayonunun İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Məlumata görə, bir müddət əvvəl binaya xüsusi təyinatlı dörd cip gəlib. Xüsusi təyinatlılar maşınlardan düşərək sürətlə binaya daxil olublar. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.

Neftçalanın icra hakimiyyətinin başçısı hazırda İsmayıl Vəliyevdir. (haqqin.az)

İsmayıl Vəliyev İsmayıl Vəliyev

Unikal.org-un məlumatına görə, Neftçalanın İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən tutulub.

Qeyd edək ki, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Azərbaycan Respublikasının ilk Baş Prokuroru İsmət Qayıbovun bacısı oğludur.

Son xəbərlər
Bütün xəbərlər »