Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda koronavirusla bağlı dövlət komissiyası yaradılıb

İranda koronavirusla bağlı dövlət komissiyası yaradılıb.

Bu barədə İran hökumətinin sözüçüsü Əli Rəbii bildirib.

Onun sözlərinə görə, İran Prezidenti Həsən Ruhaninin göstərişinə əsasən yaradılan komissiyanın tərkibinə bir sıra dövlət qurumlarının nümayəndələri daxil edilib.

İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xaledi Tehranda koronavirus şübhəsi ilə əlaqədar bir nəfərin karantinə alındığını bildirib.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən gün İranın Qum şəhərində koronavirusdan ölən 2 nəfərin yaxınları da karantinə alınıb.

Qum Dini Elmi Hövzəsinin rəhbərliyinin göstərişi əsasında bu gün məktəblərdə dərslər təxirə salınıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »