Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pənah Hüseyn Zərdüşt Əlizadənin “ərəb Pənahlar” fikrinə cavab verdi

Politoloq Zərdüşt Əlizadə bu gün Suriyadakı vəziyyətlə bağlı verdiyi müsahibədə keçmiş baş nazir Pənah Hüseynovun “bostanına daş artıb”.

Belə ki, Bəşər Əsədin nə üçün hakimiyyətdə qalmasına israrlı olması barədə sualı cavablandıran Zərdüşt Əlizadə qeyd edib ki, “Bəşər Əsəd getsə, hakimiyyətə ərəb Pənah Hüseynovlar gələcək”.

Bu məsələnin Azərbaycanla müqayisə olunması və konkret olaraq Pənah Hüseynovun adının nədən çəkilməsi məsələsi bizə qaranlıq qaldığı üçün Bizimyol.info olaraq Pənah Hüseynovla əlaqə saxladıq.

Pənah Hüseynov müsahibədən xəbərsiz olduğunu söylədi. Adının belə bir yazıda hallanmasına gəlincə isə keçmiş baş nazir bir qədər sərt cavab verdi. “Mən bu barədə qətiyyən danışmaq istəmirəm. Zərdüşt Əlizadənin qeri-ciddi açıqlamalarından biridir, ona cavab verməyi də lazım bilmirəm”,- deyə o bildirdi.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »