Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabir Rüstəmxanlının lider olduğu seçki dairəsindən şikayət olunub

Qeydiyyata alınmış deputatlığa keçmiş namizədlərin 9 fevralda keçirilən parlament seçkilərində qanun pozuntuları iddiası ilə bağlı müraciətlərə baxılır.

Bizimyol.info xəbər verir ki, xalq şairi Sabir Rüstəmxanlının lider olduğu 61 saylı Neftçala Seçki Dairəsinin nəticələri ilə bağlı müraciətə cavab verilib. Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun Mərkəzi Seçki Komissiyasına (MSK) verdiyi şikayət ərizəsinə üçün Dairə Seçki Komissiyasına (DSK) göndərilib.

Kamran Əsədov Kamran Əsədov

“Əlbəttə ki, heç kim öz qatığına turş deməz. Foto, video materialları təqdim etdim. Amma 2 sənəd var ki, o ümumiyətlə 61 saylı Neftçala Seçki Dairəsinin nəticələrinin saxta olduğunu və ləğv edilməsini qaçılmaz edir. Dünən DSK-da "araşdırma" zamanı 1 saat 30 dəqiqə ərzində dəfələrlə o sənədləri şifahi və yazılı formada tələb etsəm də, gətirmədilər. Əgər həqiqətən də 61 saylı Neftçala Seçki Dairəsində saxtakarlıq olmadığına əminsinizsə, o sənədləri təqdim edin.

Məsələ ondadır ki, seçki günü seçicilər tərəfindən imzalanan seçici siyahısı ilə protokolda olan rəqəmlər eyni deyil. Yəni topa bülletenlər əlbətdə ki, həmən siyahıda qeyd olunmur. Və ya topa bülleten atılandan sonra məntəqə sədləri şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi yerinə uyğun olmayan, beyinlərinə gələn rəqəmləri yazılar.

Misal üçün, 16 saylı məntəqədə 300 nəfər seçkiyə gəldiyi və imza atdığı halda protokola 600 dən çox bülleten yazılıb. Mən də 61 saylı Neftçala Seçki Dairəsindən həmən vərəqləri tələb etdim, eyni zamanda şəxsiyyət vəsiqələrinin seriya və nömrəsinin Daxili İşlər Nazirliyinin müvafiq bazasında yoxlanılmasını tələb etdim. Təbii ki, aidiyyəti şəxslər seçkidə saxtakarlığın olduğunu bildikləri üçün razılaşmadılar. Digər tərəfdən isə mən onları əməlli başlı işə saldım. İndi onlar bütün gününü o topa bülleten atdıqları məntəqələrdə vərəqələrə şəxsiyyət vəsiqəsinin nömrəsini yazıb imza atmaqla məşğul olacaqlar”,- deyə K.Əsədov bildirib.

Deputatlığa keçmiş namizəd deyib ki, Seçki Məcəlləsinin 106-cı və digər maddələrinin tələblərinə uyğun olaraq ona təqdim edilməli olan sənədlər 61 saylı Neftçala Seçki Dairəsi tərəfindən təqdim edilmədi: “Çünki onlar bildirdi ki, həmən seçicilərin imzaları ilə protokollardakı say arasında ciddi fərq var. Bu gün 61 saylı Neftçala Seçki Dairəsi MSK-nın müracətinə cavabını təqdim edəcək. Mən də yenidən həmən qərardan şikayət verəcəm. Hətta seçkinin nəticələri ilə bağlı digər hüquq mühafizə orqanlarına da müracət etmişəm. Yəni bundan sonra məntəqələr özləri imza atsalar, məhkəmə tibbi ekspertizası və xəttat bunu biləcək. İlk gündən dediyim kimi, mən bu yoldan dönər olsam, namus mənə ar olsun”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »