Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari Tibbi Sığorta yolu ilə bahalı əməliyyat keçirənlərin sayı açıqlandı

“Yanvar ayı ərzində Azərbaycanda 242 nəfər dəyəri yüksək olan əməliyyatlardan yararlanıb.

Bahalı əməliyyatlar dediukdə konkret olaraq koronar damarlara stendlərin tətbiqi (76 əməliyyat), kardiologiya/ürək-damar cərrahiyyəsi (60 əməliyyat), oftalmologiya (42 əməliyyat), urologiya (24 əməliyyat), nevrologiya/neyrocərrahiyyə (23 əməliyyat) üzrə əməliyyat keçirilib”.

Bizimyol.info xəbər verib ki,bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev bu günkü mətbuat konfransında deyib.

Zaur Əliyev Zaur Əliyev

Onun sözlərinə görə, fevralın 15-dək icbari tibbi sığortadan istifadə etmək üçün tibb müəssisələrinə 23 rayon üzrə 381 482 nəfər müraciət edib.

“Ən çox xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər, Yevlax, Ağdaş, Xaçmaz və Şəki rayon xəstəxanalarıdır.İnsanlar ən çox yuxarı tənəffüs yollarının kəskin infeksiyası xəstəlikləri, qan təzyiqi, digər ümumi baxışlar, insulindən asılı olmayan şəkərli diabet üzrə müraciət ediblər".

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »