Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtkin düşmüş əsgərimizin meyiti neytral ərazidən götürülüb

Azərbaycan Silahlı Qüvvələrinin bir müddət əvvəl itkin düşmüş əsgərinin meyiti neytral ərazidən götürülüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O, qeyd edib ki, fevralın 19-da tərəflərin müraciəti və razılaşması ilə BQXK Azərbaycan-Ermənistan sərhədində həlak olan şəxsin nəşinin ərazidən götürülməsi əməliyyatında neytral vasitəçi kimi iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Ordusunun hərbçisi Akif Elşən oğlu Abbasov itkin düşüb. İtkin düşən hərbçinin meyiti bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Son xəbərlər
Bütün xəbərlər »