Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xəstə beyin əməliyyatı zamanı skripka çaldı - Video

İngiltərədə dünya tibb tarixində nadir görünən hadisələrdən biri yaşanıb. Beynindəki xərçəng şişindən əməliyyat olunan qadın əməliyyat zamanı skripka çaldı.

Bizimyol.info xəbər verir ki, doktorlar xəstənin beyninin hansı bölümlərindən istifadə etdiyini aydınlaşdıraraq şişin 90 faizini təmizlədiklərini və musiqiçi qadının musiqi fəaliyyətinə xələl vurmadıqlarını dilə gətiriblər. Musiqiçi xanım Dagmar Turner əməliyyatdan sonra nə çaldığını xatırlamadığınıl deyib.

“Bir gün öncə həkimim professor Keyomarsla beynimin hansı bölümləri üzərində çalışılacağı barədə danışırdıq. Başımın içində nə etdiklərini bilmirdim amma çaldığım musiqini eşidə bilirdim.

Professor isə bununla xəstənin beyin hüceyrələrinə zərər verilib -verilməməsini aydınlaşdırmaq istədiklərini söyləyib. “Məqsədimiz doğru notlara vurub-vurmadığını öyrənmək idi”- deyə doktor qeyd edib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »