Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskvada azərbaycanlılara hücum edən ermənilər üzr istəyiblər

Rusiyanın taytaxtı Moskva şəhərində azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib.

Hadisə şəhərin Oçaqovo-Matveyevskoe rayonunda qeydə alınıb.

Hadisə şahidlərinin Report-a bildirdiyinə görə, miliyyətcə erməni olan 30 nəfər soyuq silahlarla həmyerlilərimizin üzərinə hücum edib. Məlumatda hadisənin milli zəmində baş verdiyi bildirilir.

Əraziyə hüquq-mühafizə orqanlarını işçiləri gəlib.

Hadisə yerində olan Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev vəziyyətin nəzarətdə olduğunu bildirib.

“Hazırda Rusiya hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən araşdırma aparılır, hadisənin nəzarətdən çıxmasının qarşısını almaq üçün müəyyən addımlar atılır. Biz, həm mühafizə orqanları, həm də soydaşlarımızla daima əlaqədəyik” - deyə Ş. Tağıyev bildirib.

Qeyd edək ki, Moskva şəhərində 30 yaxın erməni azərbaycanlıların üzərinə hücum edib. Digər həmyerlilərimizin də hadisə yerinə gəldiyini görən ermənilərin bəziləri ərazidən qaçıb, digərləri isə baş verən insidentə görə azərbaycanlılardan üzr istəyib.

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »