Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasında yeri açıqlandı
Azerbaycan ordusu

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.

Azərbaycan ötən illə (12-ci yer) müqayisədə 2 pillə irəliləyərək reytinqdə 10-cu sırada qərarlaşıb.

Son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, İran 24-cü, Türkiyə 19-cu, Gürcüstan isə 49-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk “5-liy”i tamamlayıb. “Top-10”a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.

İnstitutdan bildiriblər ki, Dağlıq Qarabağda həlli uzadılan münaqişəyə görə Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinə böyük vəsaitlər xərcləməyə davam edir.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur. (Report.az)

Paylaş »
››› Yardım almaq üçün qeydiyyata düşmə qaydası
››› "Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama
››› Çernobıl yanır, radiasiya ətrafa yayılır - Video
››› Avropa ölkəsində həyat bərpa olunur
››› İlham Əliyev əfv sərəncamı imzaladı
Son xəbərlər
Bütün xəbərlər »