Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Gürcüstan prezidenti qadın qətllərinə sərt reaksiya verdi
Salome Zurabişvili

“Qadına qarşı istənilən zorakılıq yolverilməzdir”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvilinin yaydığı bəyanatda bildirilib.

Onun sözlərinə görə, qadın məhz qadın olduğuna görə qətlə yetirilirsə, bu, cəmiyyətin problemidir: “İctimaiyyətin maarifləndirilməsi üçün dövlətin fəal iştirakı ilə yanaşı, ictimai konsolidasiya da mühüm əhəmiyyət kəsb edir. Qadına qarşı zorakılığın qarşısını almaq üçün dövlət, ictimai və dini təşkilatların birgə səyləri tələb olunur”.

S.Zurabişvili gələn həftə Orbeliani sarayında məsələ ilə bağlı görüşün keçirilməsini təklif edib: “Dəhşətli statistikanı və bu məsələnin əhəmiyyətini nəzərə alaraq, dövlət, beynəlxalq təşkilatlar və qadın zorakılığı ilə bağlı məsələlərlə məşğul olan ictimai təşkilatların iştirakı ilə görüşün keçirilməsini məqsədəuyğun hesab edirəm”.

Qeyd edək ki, bu ilin əvvəlindən Gürcüstanda üç qadın qətlə yetirilib. Onlardan biri fevralın 15-də Qardabaninin Qaracalar kəndində keçmiş həyat yoldaşı tərəfindən öldürülən 23 yaşlı azərbaycanlı qadındır. (Report.az)

Paylaş »
››› Yardım almaq üçün qeydiyyata düşmə qaydası
››› "Koronavirus yardımı"nı kimlər ala bilməyəcək... – Nazirlikdən açıqlama
››› Çernobıl yanır, radiasiya ətrafa yayılır - Video
››› Avropa ölkəsində həyat bərpa olunur
››› Belarusda həkimlər kütləvi işdən çıxır
Son xəbərlər
Bütün xəbərlər »