Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində tibb bacılarının başını keçəl qırxırlar - Video

Çində koronavirus dəhşəti insanların həyatını alt üst-edib. Ölənlərin sayı 2 min nəfəri keçib. 75 mindən çox insan virusa yoluxub.

Bizimyol.info xəbər verir ki, Çində koronavirusun episentri sayılan Vuhan şəhərinə göndərilməzdən əvvəl tibb bacılarının başını qırxırlar. Bununla bağlı video da ortaya çıxıb. Onları məcbur keçəl edirlər. Tibb bacıları göz yaşını büruzə verməməyə çalışır. Bunu gizlədə bilməyənlər də var.

Videonun Qansu şəhərində çəkildiyi bildirilir. Tibb bacılarının işlədiyi xəstəxanada iddia edirlər ki, onlar özü belə istəyib. Çünki saç infeksiya daşıyıcı ola bilər.

Çində koronavirusla mübarizəyə cəlb edilən tibb işçiləri çox çətin vəziyyətdədir. Onlar az qala hər gün işləyirlər. Rəsmi məlumata görə, 1700 tibb işçisi virusa yoluxub. Hərçənd, dünyanın tanınmış media orqanları daha böyük rəqəmlərdən danışır.

Son xəbərlər
Bütün xəbərlər »