Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində virusa görə ev dustağına çevrilən qaçışçı mənzildə 50 km qaçıb - Video

Çində koronavirusa görə xeyli insan ev dustaqlığına məcbur edilib. Fevralın əvvəllərində paylaşılan videolardan birində insanların axşam eyvana çıxaraq bir-birini səslədiyi görünürdü.

Çində hətta ölkənin qalan hissəsindən təcrid olunan şəhərlər var.

Bizimyol.info xəbər verir ki, Asiya dövlətində ev dustağına çevrilən qaçışçı maraqlı addım atıb. O, mənzildə qaçaraq dövrə vurmağa başlayıb. Qaçışçı ümumilikdə 6250 dəfə dövrə vurub və 49,8 km qət edib.

“360” telekanalı bu haqda süjet də hazırlayıb. Qaçışçının hətta dövrə vurarkən yemək yediyi də görünür. O, ümumi prosesə 4 saat 48 dəqiqə sərf edib.

Çin hökuməti hamını aprelə qədər koronavirusa son qoyulacağına əmin etməyə çalışır. Son açıqlamada virusa yoluxma sürətinin azaldığı bildirilir. Hökumət 14 min 736 nəfərin sağaldığını iddia edir.

Son xəbərlər
Bütün xəbərlər »