Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı Madərin rəqibindən açıqlama: “Cinayətlərini ört-basdır etməyə çalışdılar”

İyirmi beş ildir 10 saylı Binəqədi üçüncü seçki dairəsindən deputat olan və yenidən eyni dairədən deputat olmağa iddialı olan Madər Musayevin rəqibi Qorxmaz İbrahimlinin şikayətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, deputatlığa keçmiş namizəd Qorxmaz İbrahimlinin şikayətinə Dairə Seçki Komissiyasında baxılıb.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

“10 saylı Binəqədi üçüncü Dairə Seçki Komissiyasında (DSK) İsgəndər Əliyevin rəhbərliyi ilə keçirilən iclasda 9 fevral növbədənkənar parlament seçkilərində baş vermiş saxtakarlıqlarla bağlı şikayətimizə "baxıldı". Daha doğrusu, mənim - haqqı tapdanmış namizədin və nümayəndələrimin etirazı nəzərə alınmadan qərar verildi. Əslində, bu saxtakarlıqların müəlliflərindən ədalət gözləmirdim, sadəcə qanuni haqqımı sonunadək müdafiə etməkdə qərarlı olduğum üçün, bütün hüquqi prosedurlara riayət edirəm.

Başında İsgəndər Əliyevin dayandığı 10 saylı üçüncü DSK-da nələr baş verdiyini gözəl bilirəm. Təbliğat-təşviqat dövründən səsvermə gününədək, seçki qutularının açılmasından bağlanmasınadək, üstəlik səsvermənin bitməsindən sonra pərdə arxasında baş verənlərədək hər bir prosesi izlədik, qeydə aldıq və ictimailəşdirdik.

Bu səbəbdən 18 fevral iclasında nə baş verəcəyini təxmin edirdik, elə də oldu - törətdikləri seçki cinayətlərini ört-basdır etməyə çalışdılar. Əməllərini etiraf etmək əvəzinə, özlərini cinayət əməllərinin daha dərinində gizləməyə çalışdılar”,- deyə Qorxmaz İbrahimli bildirib.

Q.İbrahimli vurğylayıb ki, seçki marafonu bitsə də, hüquqi müstəvidə mübarizənin davam etdiyini bildirib: “Bizim hüquqi mübarizəmiz davam edir. Fevralın 19-da rəsmi cavab aldıqdan sonra dövlətin yuxarı instansiyası olan Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edəcəyik. İnanırıq ki, İsgəndər Əliyevin əli MSK-ya qədər uzanmayacaq”.

Hacı Madər Musayev Madər Musayev
Son xəbərlər
Bütün xəbərlər »