Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
47 saylı Seçki Dairəsinin üç məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 47 saylı Mingəçevir Seçki Dairəsindən qeydə alınan Yusibov Qurbanəli və Salamov İbrahimin şikayətinə baxılıb.

Bizimyol.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Bəxşeyiş Əsgərov bildirib ki, şikayətçilər öz müraciətlərində təqdim etdikləri 3 videogörüntü ilə 14 seçki məntəqəsinin nəticələrini mübahisələndirib: “Araşdırma nəticəsi olaraq yalnız 9, 17 və 21 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub. Digər seçki məntəqələrində isə müraciət edənlərin iddiaları əksini tapmayıb”.

MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin qismən təmin edilməsi ilə bağlı qərar qəbul edilib. Qərarda 9, 17, 21 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.

Bu dairə üzrə lider namizəd YAP-ın namizədi Aydın Mirzəzadədir.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 51 saylı Qusar Seçki Dairəsi üzrə daxil olmuş şikayət və müraciətlərə baxılıb.

İclasda daxil olmuş şikayət və müraciətlərin araşdırılması üçün müvafiq DSK-ya göndərilməsinə qərar verilib.

Son xəbərlər
Bütün xəbərlər »