Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub

Fevralın 19-da Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Dövlət Gömrük Komitəsinin Akademiyasında “Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq” mövzusunda mühazirə ilə çıxış edib.

Tədbir çərçivəsində Akademiyanın rəisi Qulu Novruzov və Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas arasında görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası Dövlət Gömrük Komitəsinin Akademiyası

Qonağı salamlayan Qulu Novruzov Akademiyanın fəaliyyəti, tədris prosesi, ixtisaslar haqqında geniş məlumat verib. Akademiya rəisi beynəlxalq əməkdaşlığa böyük önəm verildiyini bildirərək, 2020-ci ilin Akademiyada “Beynəlxalq əməkdaşlıq ili” elan olunduğunu qeyd edib.

Görüşdə gələcək əməkdaşlıqla bağlı müzakirələr, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Sonra qonaq Akademiyada yaradılan infrastrukturla tanış olub.

Kestutis Yankauskas “Avropa İttifaqı və Azərbaycan: gələcək üçün tərəfdaşlıq” mövzusunda mühazirə ilə çıxış edib, Avropa İttifaqının tarixi başlanğıcından, onun əsaslarından, Avropa İttifaqı və Azərbaycan münasibətlərindən danışıb.

Sonda o, müəllim və tələbələrin suallarını cavablandırıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası

Paylaş »
››› David Tonoyandan sensasiyalı müharibə etirafları - əmrlər Sergey Şoyqudan gəlirmiş
››› Şirvan xəstəxanasında özbaşınalıq: Tibbi heyət Baş həkimdən narazılıq edir - Video
››› "Deyirlər ki, Qarabağ bizim nəyimizə lazımdır..."
››› Özünü 18-ci mərtəbədən atan qızla bağlı məlumat - Video
››› Putin axır ki, "saray videosu"ndan danışdı və özünü daha da çətinə saldı - Video
››› Yüzlərlə Bakı sakini Naxçıvanda ilişib qalıb
››› Cavad Zərifin Bakı səfərinin arxasında nə dayanır...
Son xəbərlər
Bütün xəbərlər »