Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xarici ticarət dövriyyəsinin müsbət saldosu ötən ay kəskin artıb

Bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 2019-cu ilin eyni ayı ilə müqayisədə 23,8% artaraq 2 851,12 mln. ABŞ dolları təşkil edib.

Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə 2 130,21 mln. dollar dəyərində məhsullar ixrac edib, idxalın həcmi isə 720,91 mln. dollar olub. Nəticədə, 1 409,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ötən ilin eyni ayı ilə müqayisədə 2020-ci ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 5,5 artıb, ixrac 66,5% artıb, idxal isə 29,5% azalıb.(apa)

Son xəbərlər
Bütün xəbərlər »