Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sabiq prokurorluq işçisi məhkəmədə DSMF-yə qalib gəlib

Sumqayt Apellyasiya Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Siyəzən rayon Şöbəsinin müdiri Kamilə Yusifovanının sabiq prokuroluq işçisi Vahid Əkbərovun iddiasına əsasən çıxarılan qərardan verdiyi şikayətə baxılıb.

Hakim Gülnarə Tağızadənin sədrlik etdiyi iclasda apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, sabiq prokurorluq işçisi Vahid Əkbərov Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon Şöbəsinə qarşı iddia qaldırıb.

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi 15 fevral 2019-cu ildə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı iddianı təmin edib.

Qərarda prokurorluq işçilərinə hər il məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində verilən pul təminatının və müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində verilən birdəfəlik pul müavinətinin və prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq verilən maddi yardımın pensiya hüququnun yarandığı tarixdən (04 yanvar 2009-cu il tarixdən) orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınmaqla həmin məbləğin yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi nəzərdə tutulub.

Qeyd edək ki, V.Əkbərov prokurorluq orqanlnda müxtəlif vəzifələrdə çalışıb.(report)

Paylaş »
››› “Lotu Quli”nin titul verdiyi “Saşa Kuşner”i armaturla vəhşicəsinə döyüb alçaltdılar
››› "Paşinyanın planı Ermənistanı vilayət olaraq Türkiyəyə verməkdir"
››› Rusiyada "Navalnı inqilabı" başlayıb: Etirazlar böyüyür - Fotolar
››› Rusiyada etirazlar 100-dən artıq şəhəri bürüyüb: Putin çətin sual qarşısında - Video
››› "Qarabağla bağlı gərginlik yenidən başlaya bilər" - Andrey Manoylo
››› Vladimirin yerinə Aleksey, yaxud “Navalnı inqilabı” Azərbaycana nə vəd edir
››› Novruz çərşənbələrinin vaxtı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »