Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Mobil telefonların idxalına dair yeni tənzimləmə mexanizmləri hazırlanır
5b62ef222a9b5_telefon

Azərbaycana mobil telefonların qaçaqmal yolu ilə gətirilməsinin qarşısını almaq məqsədi ilə yeni tənzimləmə mexanizmləri hazırlanır.

Bunu "Elcore" şirkətinin ölkə üzrə meneceri Kamran Əsədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə aparılır.

"Bu məsələnin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır ki, məhz onların icrası mobil cihazların ölkəyə qeyri-leqal yolla gətirilməsinin qarşısını ala bilər. Əlbəttə, tam olaraq bunun qarşısını almaq mümkün deyil, çünki hər kəs xaricidə olarkən şəxsi istifadə üçün 1 və ya 2 mobil telefon gətirə bilər. Bu məsullar "boz" olsa da, qanuni sayılır", - deyə K. Əsədov qeyd edib.

O həmçinin əlavə edib ki, mobil telefonların ölkəyə leqal və ya qeyri-leqal yolla gətirilməsini müəyyən etmək üçün bir sıra meyarların olması zəruri sayıla bilər. Mobil telefonların idxalına dair hazırlanan tənzimləmə mexanizmində rəsmi distribusiya sənədinin, satıcı ilə istehsalçı arasında bağlanan müqavilənin və sair sənədlərin olması tələb kimi qeyd olunur.(apa)

Paylaş »
››› Daha bir ölkəni etirazlar bürüdü: polis əməkdaşını yandırdılar - Video
››› “40 yaşlı xəstəmizi itirdik, artıq yaşa baxmır” - Video
››› ABŞ prezidenti virusun sonunun yaxınlaşdığını elan etdi: “Ölkəni açırıq...”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Bu templə karantin rejimi heç payızda da bitməyəcək” - Həkim
Son xəbərlər
Bütün xəbərlər »